Tokayev: Qazaxıstan Gürcüstanı strateji tərəfdaş kimi qiymətləndirir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada məhdud çərçivədə danışıqlar aparıblar.
1news.az report-a istinadən xəbər verir ki, görüş Kobaxidzenin Qazaxıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Tokayev bildirib ki, Qazaxıstan Gürcüstanı strateji cəhətdən vacib və ənənəvi tərəfdaş hesab edir. O qeyd edib ki, ölkələr iqtisadi, humanitar və digər sahələrdə sıx əlaqələrə malikdir.
Dövlət başçısı qeyd edib ki, Qazaxıstan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığa yeni təkan vermək üçün hələ də istifadə olunmamış geniş imkanlar mövcuddur.
Kobaxidze Gürcüstanın Qazaxıstanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini bildirib. O vurğulayıb ki, tərəflər möhkəm siyasi və iqtisadi əlaqələri, həmçinin təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyəti dəstəkləyirlər.
Gürcüstanın Baş naziri qeyd edib ki, səfər zamanı tərəflər strateji tərəfdaşlıq haqqında Birgə bəyanat imzalayacaqlar. Onun sözlərinə görə, bu sənəd ikitərəfli əməkdaşlığa yeni təkan verəcək.











