AZQR vasitəsilə həyata keçirilən ödənişlərin sayı 40 milyona yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZQR vasitəsilə həyata keçirilən ödənişlərin sayı 40 milyona yaxınlaşıb

Qafar Ağayev11:44 - Bu gün
AZQR vasitəsilə həyata keçirilən ödənişlərin sayı 40 milyona yaxınlaşıb

“Ani Ödənişlər Sisteminin (AÖS) aylıq dövriyyəsi artıq 1 milyard manatı keçib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.

Ə.Abbasov qeyd edib ki, Mərkəzi Bank ani ödənişlər sisteminin inkişafı istiqamətində banklar və fintech şirkətləri ilə birgə aktiv layihələr həyata keçirir.

"Sistem vasitəsilə müştərilər arasında köçürmələr, AzQR ödənişləri və hökumət ödənişləri həyata keçirilir. Bu ay Azərbaycanda AzQR vasitəsilə həyata keçirilən ödənişlərin sayı 40 milyona yaxınlaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfədən çox artım deməkdir.

Hazırda AzQR ödənişləri bankların və bir sıra fintech şirkətlərinin mobil tətbiqlərində, eləcə də ölkədəki geniş POS-terminal şəbəkəsində dəstəklənir. Bu sistem biznes subyektləri üçün daha aşağı komissiya xərcləri və vəsaitlərin dərhal hesablaşması kimi üstünlüklər yaradır", – deyə o əlavə edib.

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər