Baş katib könüllülərin Yay Düşərgəsində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş katib könüllülərin Yay Düşərgəsində - FOTO

17:02 - 12 / 09 / 2019
Baş katib könüllülərin Yay Düşərgəsində - FOTO

Xəbər verildiyi kimi, sentyabrın 11-dən etibarən Şamaxı Olimpiya Mərkəzində AFFA tərəfindən təşkil olunan UEFA Avro-2020-nin Könüllülük proqramı çərçivəsində Yay Düşərgəsi start götürüb.

1news.az-ın məlumatına görə, Düşərgədə Avro-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan 200 könüllü iştirak edir.

Düşərgədə könüllülərə Avro-2020 haqqında məlumatlar verilir, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, eyni zamanda xüsusi qonaqlarla görüş və seminarlar həyata keçirilir.

AFFA-nın baş katibi, Avro-2020 işçi qrupunun meneceri Elxan Məmmədov bu gün düşərgəyə baş çəkən qonaqlar arasında olub. O, könüllülərlə birgə komanda quruculuq tədbirlərində iştirak edib, eləcə də idarəetmə qabiliyyətinin iş və şəxsi həyatda tətbiqi barədə onlarla fikir mübadiləsi aparıb. Könüllülərlə diskusiyya zamanı şəbəkə oyunu təşkil olunub, oyunun sonunda yaranmış torun altında şəkil çəkdirilib.

Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında ünsiyyətin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır. Düşərgə sentyabrın 13-ə qədər davam edəcək.

1news.az

Paylaş:
530

Son xəbərlər

Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44
Bütün xəbərlər