Boksçu qız kişilərlə döyüşmək üçün cinsini gizlədib - FOTO
Peterburqdan olan rusiyalı boksçu Tatyana Dvajdova kişilərlə döyüşmək üçün cinsini gizlədirmiş.
1news.az xəbər verir ki, bu barədə boksçu Federal Xəbər Agentliyinə (FAN) müsahibəsində bildirib. Onun sözlərinə görə, saxta sənəd düzəltdirib və mübarizələrə Vladimir Yermolayev kimi qatılıb, çünki öz adı ilə iştiraka icazə verilməyib.
“Mən boksla məşğul oluram və qadınların kişilərlə döyüşə buraxılmasının tərəfdarı kimi çıxış edirəm”, - deyə o bildirib.
Boksçu qız əlavə edib ki, özünü kişilərdən zəif hesab etmir, çünki həvəskar döyüşlərdə dəfələrlə onlara qalib gəlib.
Ona qarşı təzyiqlərin olduğunu deyən Dvajdova buna baxmayaraq təslim olmaq fikrində olmadığını, sona qədər mübarizə aparacağını vurğulayıb.
Məlumata görə, T.Dvajdova kişi rəqibləri ilə 17 həvəskar mübarizəyə qatılıb və keçirdiyi döyüşlərin əksəriyyətində qalib gəlib.
1news.az