Bu gün metropoliten işçilərinin peşə bayramıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün metropoliten işçilərinin peşə bayramıdır

10:38 - 08 / 11 / 2019
Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.

1news.az-ın məlumatına görə, həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə Bakı Metropoliteninin işə salınmasının 40 illik yubileyi münasibətilə təsis edilib.

Qapılarını 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açan Bakı metrosu ötən illərdə böyük inkişaf yolu keçib. Metromuz bu gün yeni həyatını yaşayır, qarşıda isə daha geniş hədəflər dayanır. Bayram ovqatlı bir gündə paytaxtımızın yeraltı nəqliyyat səltənətinin dünəninə, bu gününə və sabahına qısa nəzər salmaq yerinə düşər.

İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrildi.

Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.

Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - “Nizami”, “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları əlavə olundu.

Hazırda üç xətti və 25 stansiyası olan Bakı Metropoliteninin xətlərinin ümumi uzunluğu 36,7 kilometrdir. Konseptual inkişaf proqramına uyğun olaraq gələcəkdə beş xətdən ibarət olacaq Bakı metropolitenində tikinti işləri davam etdirilir. Dövlət proqramına görə, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.

“Bakı Metropoliteni” QSC bu ili də hadisələr, yeniliklərlə zəngin bir dövr kimi geridə qoyur. İlk növbədə bu il 6 yeni qatarlar Bakı metrosuna gətirilərək xəttə buraxılıb. Təkmilləşdirilib yeni texnoloji imkanlarla zənginləşdirilmiş bu qatarların salonu təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanı bioloji təmizləmə sistemləri ilə təmin olunub və bununla həmin vaqonların işıqlanmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarının enerji yükləməsinə də şərait yaradıb. Qeyd edək ki, hazırda Bakı metrosunda ümumilikdə 11 yeni qatar hərəkət edir. Bunlardan 5 ədədi 2015-2018-ci illərdə, 6 ədədi isə bu il ərzində gətirilib. Qarşıdakı 3 ildə isə 12 yeni qatarın gətirilməsi üçün müqavilə imzalanıb.

1news.az kollektivi olaraq Bakı Metropoliteninin bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayırıq!

1news.az

Paylaş:
800

Son xəbərlər

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33
Bütün xəbərlər