Cavid Qarayev: “Məqsədimiz – Olimpiya stadionunu idmanın və ictimai istirahətin çoxfunksiyalı mərkəzinə çevirməkdir” | 1news.az | Xəbərlər
Köşə

Cavid Qarayev: “Məqsədimiz – Olimpiya stadionunu idmanın və ictimai istirahətin çoxfunksiyalı mərkəzinə çevirməkdir”

19:08 - 08 / 02 / 2016
Cavid Qarayev: “Məqsədimiz – Olimpiya stadionunu idmanın və ictimai istirahətin çoxfunksiyalı mərkəzinə çevirməkdir”

Artıq bir neçə gündür ki, Olimpiya stadionu gözlənilmədən ölkənin başlıca xəbər mövzusuna çevrilib.

Stadionun ərazisində toyların keçirilməsinin mümkünlüyü ilə bağlı xəbər əsl bomba effekti yaratdı. Bəziləri bununla bağlı məzəli şəkillər paylaşmağa, bəziləri bu xəbərə sevinərək indidən öz toy tarixlərini qeyd etməyə, bəziləri isə əksinə, idman infrastrukturunun təyinatına uyğun istifadə olunmamasını tənqid etməyə başladı.

Düzdür, bu iddia ilə öz toylarını əfsanəvi “Kamp Nou” stadionunda qeyd etmək istəyənlərə şərait yaradan planetimizin ən güclü futbol klubu olan “Barselona” mübahisə etməyə hazırdır. “Barselona” bu baxımdan tək deyil. Dünyanın digər nəhəng stadionları da analoji xidmət təklif edirlər.

Bununla belə, mövzunun aktuallığını nəzərə alaraq Bakı Olimpiya Stadionunun rəhbərinə müraciət edərək yeni vəzifəsində ilk aylar ərzində gördüyü işlərin nəticələri, eləcə də yaxın gələcək üçün planları ilə tanış olduq.

Beləliklə, 1news.az-ın Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevlə müsahibəsini təqdim edirik:

- Siz artıq bir neçə aydır ki, Bakı Olimpiya Stadionuna rəhbərlik edirsiniz. Bu müddət ərzində hansı dəyişikliklər baş verdi?

- Mən Bakı Olimpiya Stadionunun direktoru vəzifəsinə keçən ilin oktyabr ayında təyin olunmuşam. Bu müddət ərzində stadionun idarəçiliyini həyata keçirən komanda formalaşdırılıb. Eyni zamanda bu müddət ərzində stadionun bütün funksiyalarını optimallaşdırmaqla yanaşı, onun potensialını öyrəndik, eləcə də öz fəaliyyətimizin strategiyasını işləyin hazırladıq.

Məsələnin texniki tərəfindən damışsaq, meydança, xidməti ərazilərlə bağlı iş gördük. Ən əsası isə stadionumuza Avropa Təhlükəsizlik və Stadionların İdarə olunması Assosiasiyası (ESSMA) tərəfindən sertifikat verilib.

- Stadionun PR-xidmətinin də aktivliyi müşahidə olunur. Stadionla bağlı xəbərlər operativ şəkildə sosial şəbəkələr və KİV vasitəsilə yayılır. Stadionun Facebook-dakı səhifəsindən əldə etdiyimiz məlumata görə, stadionda müxtəlif turlar da təşkil olunur. Daha nə kimi yeniliklər gözlənilir?

- Təşəkkür edirəm. Bəli, arzu edən şəxslər üçün bizdə turlar keçirilir. Artıq tur çərçivəsində məktəblilər, tələbələr, futbol azarkeşləri, eləcə də şəhərimizin qonaqları stadionumuzda olublar. Stadionumuzun rəsmi veb-saytı işə düşüb, sosial şəbəkələrdəki səhifələrimiz mütəmadi olaraq yenilənir.

Komandamız stadiona daha çox insanların cəlb edilməsi üçün həqiqətən də çalışır. Turlardan əlavə, stadionda veloyürüşlərin də keçirilməsini təklif edirik. Məqsədimiz – Olimpiya stadionunu təkcə idman üzrə deyil, həmçinin irimiqyaslı idman, hətta biznes imkanları olan  çoxfunksiyalı mərkəzə çevirməkdir.

Stadionda müxtəlif təşkilatlarla müqavilələr imzalanır. Burada mini-futbol üçün sahələr tikilir, katrinqə üçün meydançalar ayrılır, peytbol, şar futbolu, fitnes zallar hazırlanır. Eyni zamanda yaxın zamanlarda Olympicafe adlı idmanbar da fəaliyyətə başlayacaq.

Yaxın zamanlarda stadionun bütün ərazisini genişzolaqlı internetlə təmin edəcəyik. Bu da hər kəsin ürəyi istəyən kimi istirahət etməsinə imkan yaradacaq.

Eyni zamanda stadionun ərazisində  (buarada kifayət qədər boş meydançalar var – red.) HED Academy, CBC Sport, Sport Marketing Group kimi bir çox tanınmış şirkətlər ofis icarəyə götürürlər.

Biz bizneslə məşğil olan və öz iş sahəsi olmaq istəyən və bununla belə ofis icarəsi üçün çox pul xərcləmək istəməyən hər bir kəs üçün innovasiya mərkəzi təklif edirik. Bu, misal üçün, azad qrafikdə çalışanlar üçün əla təklif ola bilər.

Stadionda müntəzəm olaraq məktəbli və tələbələr üçün treninqlər keçirirlir. Fevralın 21-də Azərbaycan Dili Gününü qeyd edəcəyik. Ayın sonunda isə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə velosiped yarışları keçirirləcək.

Hazırda Azərbaycan avtomobil idmanı federasiyası ilə stadion ərazisində kartinq mərkəzlərin açılması üçün danışıqlar aparırıq. Bu idman növü üçün stadionada kifayət qədər ərazi var.

Yeri gəlmişkən, yaxın zamanlarda Heydər Əliyev Fondunun dəstəyi ilə marafon təşkil ediləcək. Marafon Bayraq Meydanından başlayaraq Olimpiya stadionunda bitəcək. Düşünürəm, tez bir zamanda bu ideya həyata keçəcək.

Ümumilikdə, istənilən ideya və təkliflər üçün açığıq

- Sizin irəli sürdüyünüz planlardan aydın olur ki, müasir stadion – bu, sadəcə yaşıl çəmənlik deyil. 

Hər bir azad müəssisə, onun infrastrukturu gəlir gətirə bilər. Bu, prinsip etibarilə Avropanın bir çox möhtəşəm stadionlarında baş verir. Sirr deyil ki, müasir stadionlarda artıq mehmanxana, ticarət mərkəzləri də fəaliyyət göstərir. Burada elə irimiqyaslı konsertlər də təşkil olunur...

Sizin irəli sürdüyünüz təşəbbüslərdən biri artıq bir neçə gündür ki, sosial şəbəkələrdə geniş müzakirə olunur. Söhbət ziyafət mərasimlərindən, əsasən də toylardan gedir...

- Bəli, bu fikirlə bağlı insanlar iki qrupa ayrılıb. Bir qrup stadionda toyların keçirilməsi ideyasını dəstəklədiyi halda, digər qrup isə bunun əlehinədir. Demək istərdim ki, toyların keçirilməsi təklifi bir çox müasir stadionların, bizim stadion da daxil olmaqla təklif etdikləri xidmətlərdən biridir. Biz artıq korporativ tədbirlər, ad günəri, konfranslar və s. təşkil edirik.

Yeri gəlmişkən, Azərbaycan-İtaliya oyunu zamanı azarkeşlərdən biri həm özünə, həm də Skybox-dan qonaqları üçün (VIP-yer) bilet aldı, eyni zamanda orada ad gününü qeyd etdi. Və biz də əlimizdən gələn hər bir şeyi etdik ki, bu, səbəbkar üçün yaddaqalan olsun.

Məqsədimiz, stadionun özünü təmin etməsinə imkan yaratmaqdır. Hazırda bunu etmək çox çətindir. Lakin bu məsələni qarşımıza məqsəd olaraq qoymuşuq və məqsədimizə nail olmaq üçün əlimizdən gələn hər bir şeyi edəcəyik.

- Aktual məsələlərdən biri stadionun iş yüküdür. Yəni onun birbaşa təyinatı üzrə istifadəsi – futbol oyunlarının təşkilidir. Hazırda Azərbaycan milli komandası demək olar ki, bütün oyunlarını burada keçirəcək. Bəs Azərbaycanın gənclər və yeniyetmələr üzrə yığması Olimpiya stadionunda tez-tez oyun keçirəcəklərmi?

- Bildiyiniz kimi, AFFA-nın baş katibi Elxan Məmmədov müsahibələri zamanı bəyan edib ki, millimizin yoldaşlıq və təsnifat oyunları Olimpiya stadionunda keçiriləcək. Bundan əlavə, gənclər və yeniyetmələr üzrə komandalarımız burada məşqlər keçirirlər. Yeri gəlmişkən, fevralın 23 və 25-də U-17komandamız Rusiyaya qarşı, qadınlardan ibarət U-17 yığmamız isə Macarıstanla matç keçirəcək.

Həmçinin burada klublar da məşq edirlər. Bu məqsədlər üçün stadionda əlavə meydançalar var. Bu yaxınlarda “Neftçi” və “Qəbələ” burada məşq etdilər, daha sonra isə Rusiya klubu “Krasnodar” da gəldi. Gələn həftə isə Ukrayna, Macarıstan və Rusiyanın gənclərdən ibarət yığması məşqlərə başlayacaq. Müntəzəm olaraq matç və məşqlərin təşkili üçün icarə üçün sifarişlər gəlir – istər klublar, istərsə də həvəskarlar tərəfindən. Bir sözlə, stadion birbaşa təyinatı, yəni futbol oyunları üzrə məşğuldur.

- Olimpiya stadionunda Azərbaycan Kuboku və ya klublarımızın iştirakı ilə Avrokubok oyunlarlının keçirilməsi gözlənilirmi?

- Bakı Olimpiya Stadionun FİFA, UEFA-nın və digər beynəlxalq təşkilatların bütün standartlarına uyğundur. Beləliklə, stadion istər Avrokubokların, istərsə də Azərbaycan Kubokunun keçirilməsi üçün bütün imkanlara sahibdir. Biz, oyunların keçirilməsi üçün bütün lazımi şərtləri təqdim etməyə hazırıq.

- Stadion AFFA-nın balansındadır, aydındır ki, bütün xərcləri AFFA ödəyir. Stadionun orta aylıq xərcləri nə qədərdir? Stadion gələcəkdə özünü təmin edə biləcəkmi və ya dotasiyaların həcmini minimuma endirməsi mümkündürmü? 

- Maliyyə təhlillərinə əsasən, stadionun saxlanılması üçün xərclərin məbləği onun iş yükü, tədbirlərin keçirilməsi, mövsüm və digər faktorlara görə dəyişir. Yuxarıda qeyd etdiyim kimi, biz kommersiya sərmayələri üçün imkanlar təşkil edirik, burada reklam seçimləri üçün geniş seçimləri var. Misal üçün, stadion işıqlandırılır və stadionun fasadında reklam yerləşdirmək mümkündür. Bir neçə şirkətlərlə danışıqlar aparılır. Bununla da, stadionun gələcəkdə özünütəmin etmək üçün büdcəsi formalaşır.

- İlin isti aylarında stadionda konsert keçirilməsi planlaşdırılırmı?

- Stadionda konsertlərin keçirilməsi üçün bütün lazımi avadanlıqlar var. Bunlar – monitor, səs sistemidir ki, bunun da Avropa Oyunlarının açılış və bağlanış mərasimi zamanı şahidi oldunuz. Əgər gələcəkdə konsertlərin keçirilməsi üçün sorğular gələrsə biz, böyük məmnuniyyətlə texniki və informasiya dəstəyini həyata keçirə bilərik. 

-  Son illərdə Bakının əsas stadionları – Respublika və “Baksell Arena”da qazonun keyfiyyəti ilə bağlı porblemlər yaranırdı. Olimpiya stadionunda bu cür problemlərin aradan qaldırılması mümkün olacaqmı? Burada hansı firma qazon xidmətini həyata keçirir?

- Sahələrimizin qazonu – əsas mülkiyyətimizdən biridir. Sahələrimizinqayğısına xüsusi qalırıq. Belə ki, bu sahədə böyük təcrübəyə malik İngiltərənin SIS şirkəti ilə əməkdaşlıq edirik. Yerli mütəxxəsislər bu şirkətin nümayəndələri ilə treniq keçdilər və hazırda işin böyük hissəsini özləri həyata keçirirlər.

- İtaliya ilə oyun zamanı öz maşınları ilə gələn azarkeşlər şəxsi avtomobiləri üçün parketmə sahəsində problemlər yaşadılar. Gələcəkdə bu problemin öhdəsindən necə gəlməyi planlaşdırırsınız? Bu, əsasən də vacib matçlar zamanı stadiona geniş xalq kütləsinin gələkrək baş verəcək.

- Stadionda azarkeşlər, eyni zamanda media nümayəndələri, VİP qonaqlar üçün böyük avto dayanacaqlar var. İtaliya ilə oyun zamanınəqliyyat vasitələrinin stadionada koordinasiyası ilə bağlı problemlər yaranmışdı. Hazırda müvafiq qurumlarla bu sahədə danışıqlar aparırıq. Ümid edirik ki, gələcəkdə stadiona gələn hər bir kəs maşınını asanlıqla park edə bilsin. 

- Bakı Olimpiya Stadionu 2015-ci ilin üçün açıq beynəlxalq səsvermədə ən yaxşı stadion adı üçün iştirak edir. Stadionunuzun qalib olmaq imkanlarını nə dərəcədə qiymətləndirirsiniz? Və səsvermədə iştirak edən digər stadionlardan hansılarını xüsusi qeyd edərdiniz?

- Səsvermədə qalib gəlmək imkanı səsverənlərin əlindədir. Səsvermə iki mərhələdə keçirilir: ictimai səsvermədə hər kəs, münsiflərin səsverməsində isə dünyanın iri stadionlarının memarları iştirak edir. Ümumilikdə, ən yaxı stadion adı uğrunda 22 stadion yarışır ki, bunlar da ayrı-ayrılıqda cəlbedici və unikaldır.

Öz stadionumuzu xüsusi vurğulayardım, belə ki, onun tikilməsi bir neçə böyük mərhələlərdən keçdi –tikinti zamanı yerin reklamasiyası oldu, böyük infrastruktur yaradıldı, Abşeronda ən çirkli göl sayılan Böyükşor gölü təmizlənildi. Hazırda Böyükşor gölü ətrafında bulvar salınıb ki, bu da Olimpiya stadionuna yaxındır və sakinlərin asudə vaxtlarını keçirməsi üçün ekoloji cəhətdən çox yaxşı məkan sayılır.

- 2020-ci ildə Olimpiya stadionunda Avropa Çempionatının final oyunları keçiriləcək. Bəs olimpiya stadionunda Avrokubokların  final oyunlarını nə zaman görə bilərik?

- Bildiyiniz kimi, cari ilin may ayında Bakıda 17 yaşlı gənclər arasında Avropa Çempionatına hazırlaşırıq. Növbəti prioritetimiz, Avro-2020 oyunlarının final mərhələsi üçün hazırlıqlardır. Bu turların uğurlu təşkilindən sonra, AFFA rəhbərliyi Çempionlar Liqası və Avropa Liqası finalının keçirilməsi üçün təqdim ediləcək ərizələri nəzərdən keçirəcək.

1news.az

FOTO: Lalə Quliyeva

Paylaş:
5693

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər