15-ci mərtəbədən özünü atan qadın 2 yaşlı uşağın ÜZƏRİNƏ DÜŞDÜ | 1news.az | Xəbərlər
Dünya

15-ci mərtəbədən özünü atan qadın 2 yaşlı uşağın ÜZƏRİNƏ DÜŞDÜ

Oksana Orucova10:35 - Bu gün
15-ci mərtəbədən özünü atan qadın 2 yaşlı uşağın ÜZƏRİNƏ DÜŞDÜ

15-ci mərtəbədəki pəncərədən atılan 27 yaşlı qadın aşağıda olan uşaq arabasının üzərinə düşüb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qazaxıstanın paytaxtı Astanada baş verib.

Hadisə nəticəsində qadın və uşaq arabasında olan 2 yaşlı uşaq ağır xəsarət alıb. Hadisə şahidlərinin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, qadın yerə düşərkən birbaşa 2 yaşlı uşağın olduğu uşaq arabasına çırpılıb. Şüursuz vəziyyətdə olan və ağır xəsarətlər alan uşağa, eləcə də qadına tibbi yardım göstərilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. 27 yaşlı qadının hansı səbəbdən 15-ci mərtəbədən atıldığı və hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Polis faciənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər