Peskovdan Zelenskiyə: Moskvaya gəlsin | 1news.az | Xəbərlər
Dünya

Peskovdan Zelenskiyə: Moskvaya gəlsin

First News Media09:35 - Bu gün
Peskovdan Zelenskiyə: Moskvaya gəlsin

Peskov bildirib ki, Zelenski həqiqətən Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər.

1news.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov qeyd edib.

Bu açıqlama Zelenskinin G20 sammiti çərçivəsində Mayamidə Putinlə ikitərəfli görüş keçirmək niyyətində olduğunu bildirməsindən sonra səsləndirilib. Peskovun sözlərinə görə, görüşün Moskvada keçirilməsi variantı Rusiya tərəfindən daha əvvəl də təklif olunub.

Kreml son dövrlərdə dəfələrlə Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu açıqlayıb. Eyni zamanda, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçirilməsi ilə bağlı müxtəlif təkliflər də gündəmə gəlib.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Putin və Zelenski arasında mövcud olan qarşılıqlı fikir ayrılıqlarının Ukraynadakı münaqişənin həlli qarşısında əsas maneələrdən biri olduğunu bildirib.

Ayxan Məlikzadə

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər