Dənizçilər anım dəqiqəsinə qoşulublar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizçilər anım dəqiqəsinə qoşulublar - VİDEO

15:52 - 04 / 12 / 2020
Dənizçilər anım dəqiqəsinə qoşulublar - VİDEO

Dekabrın 4-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

1news.az xəbər verir ki, Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar. Gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

Qafar Ağayev

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər