1news.az

Deputat: “İstanbul konvensiyasında bizim mentalitetimizə aid olan bəzi narahatlıq yaradan məsələr var”

8 Avqust saat 13:32 ~ 2 dəqiqəlik oxu 4330
Deputat: “İstanbul konvensiyasında bizim mentalitetimizə aid olan bəzi narahatlıq yaradan məsələr var”

Avropa Şurasının (AŞ) Qadınlara və məişət zorakılığına qarşı konvensiyası (İstanbul konvensiyası) AŞ və bir sıra Qərb dövlətləri tərəfindən ciddi surətdə təşviq olunur. Bu ilk növbədə qadın hüquqları, gender bərabərliyi mövzusunun ümumən qlobal miqyasda inkişaf etdirilməsinin bir tərkib hissəsidir.

İstanbul konvensiyası ilə bağlı bir sıra cəmiyyətlərdə yaranmış narahatlıq onun cinsi azlıqların hüquqlarını təşviq edəcəyi, 3-cü cinsi, eynicinsli nikahları tanıyacağı, ailə ənənələrini zədələyəcəyi və s. kimi düşüncədən qaynaqlanır. Məsələn, konvensiyanın 4-cü bəndində “sexual orientation, gender identity” ifadəsi yer alır.

Azərbaycan və Rusiya istisna olmaqla bütün digər AŞ ölkələri konvensiyanı imzalamışlar.  

Son günlərdə Polşa İstanbul Konvensiyasından çıxmaq niyyətini ifadə etmişdir. Bütün bunlar konvensiya ilə əlaqədar ciddi narahatlıqların olmasını göstərir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanın öz qanunvericiliyi var, burada da müəyyən olunan prinsiplər öz əksini tapır.

“Avropada elə məsələlər var ki, Azərbaycan dəyərləri ilə üst-üstə düşmür. Azərbaycanın bunu qanunvericilikdə təstiq etməsi indiki şərtlərdə mümkün deyil. Bu baxımdan da bəzi öhdəliklər, necə ki, Alternativ Xidmət və bəzi öhdəliklərimiz olsa da, müharibə şəraitində olduğumuza görə bunu qəbul etmirik. Eyni zamanda bizim mentalitetimizə aid olan bəzi narahatlıq yaradan məsələr var ki, buna da bizim yanaşmamız nisbi deyil. Bu baxımdan da çox günan ki, qanunvericilikdə hansısa bir addım atılması nəzərdə tutulur”.

Polşanın İstanbul konvensiyasından çıxmaqla bağlı niyyətlərindən danışan deputat bildirib ki, Polşa katolik ölkəsidir, orada da bu məsələlərə çox sərt yanaşılır.

“Azərbaycan da müsəlman olduğu üçün bizdə də bu məsələyə münasibət birmənalı olaraq mənfidir. Ona görə də bu elə asan məsələ deyil”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net