Deputatdan maraqlı təklif: Küçəyə çıxa bilməyən 65 yaşlı insanların pensiyaları evə çatdırılsın | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan maraqlı təklif: Küçəyə çıxa bilməyən 65 yaşlı insanların pensiyaları evə çatdırılsın

18:32 - 01 / 04 / 2020
Deputatdan maraqlı təklif: Küçəyə çıxa bilməyən 65 yaşlı insanların pensiyaları evə çatdırılsın

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.  

1news.az-ın verdiyi xəbərə görə, iclasda 8 məsələyə baxılıb.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev içlasın gedişatında Covid19, koronavirusla mübarizə tədbirlərinin dahada gücləndirmək məqsədi ilə vətəndaşları yalnız Nazirlər Kabinetinin yaratdığı operativ Qərərgahın rəsmi məlumat və tövsiyələrinə əməl etməyə çağırdı. M.Əfəndiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının dünyanı lərzəyə gətirən koronavirusuna qarşı qəti tədbirləri, sərəncam, fərmanları və vətəndaşları evdə qalaraq özlərini, ailələrini qorumaq, xalqımızı birlik nümayiş etdirməyə dəvət etməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir ana kimi sakinlərdən Operativ Qərərgahın yaydığı məlumatlara əməl etmələrini, evdə qalaraq həyat xilas etməyə çağırışını yüksək qiymətləndirdi.

M.Əliyevanın xalqa müraciəti vətəndaşlar arasında diqqət və qayğının bir daha bariz nümunəsini gündəmə gətirdiyini vurğulayan M. Əfəndiyev ölkə başçısının Azərbaycan həkimini alqışlaması, onların əmək haqqının qaldırılmasını diqqətə çatdırdı. Deputat xalqı dezinformasiya xarakterli məlumatlara inanmamağa, evdə qalaraq bu xəstəlikdən qorunmağa, gigenik qaydalara, spirt məhlulundan, qoruyucu maskalardan istifadə edərək, canlı təmasdan uzaq durmağın vacibliyini bildirdi. M.Əfəndiyev bu gün bəzi apteklərdə spirt, qoruyucu maskaların çatışmamazlığını bildirərək, təcili olaraq bu ləvazimatların apteklərdə olmasının vacibliyini, bu vəziyyətdə bu ləvazimatları baha satan və ya satışına mane olan işbazlara qarşı cinayət məcəlləsinə uyğun iş aparılmasını bildirdi.Əlaqədar təşkilatların məsələylə əlaqədar təcili hərəkətə keçməsini təklif etdi. Regionlarda o cümlədən kəndlərdə dizenfeksiya işlərinin zəifliyini, rayon icra hakimiyyətləri tərəfindən təcili olaraq məsuliyyətlə bu işlərə yanaşması məsələsini gündəmə gətirən deputat həyəcan təbilinin çalınmasını diqqətə çatdırdı.

65 yaşlı insanların çölə çıxmamasının vacib olduğunu yalnız onlara qarşı bir az da diqqətli olsaq görərik ki, bu aylar təqaüdçülərin pensiyalarını alınması günlərinə təsadüf edildiyindən, kəndlərin bəzisində bankamatların olmamasını vurğulayan M.Əfəndiyev ərazilərdə təqaüdlərin evlərə çatdırılmasını bu dönəm üçün vacib olduğunu bildirdi.

Belə bir proqram keçmiş dövrlərdə olduğu üçün bu günlərdə yaşlı nəsil nümayəndələrinin evdə qalmasını və onların pensiyalarının evə çatdırılmasının bərpasının lazım olduğunu təklif etdi. Çıxışının sonunda deputat bir daha vətəndaşlardan evdə qalmağı, evdən çıxmamağı, gigenik qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyə və sərəncamlarına əməl etməyə çağırdı.

Qeyd edək ki, layihələr plenar iclasa tövsiyə edilib.

S.Xankişiyeva

 

Paylaş:
595

Son xəbərlər

Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16
Bütün xəbərlər