Digital Youth Hub layihəsi təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Digital Youth Hub layihəsi təqdim olunub – FOTO

11:18 - 07 / 10 / 2019
Digital Youth Hub layihəsi təqdim olunub – FOTO

Digital Youth Hub rəqəmsal sahəyə həvəsi, qabiliyyəti və potensialı olan gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır.

Layihə gənclərin rəqəmsal marketinq sahəsində dövlət və özəl qurumların tələblərinə uyğun şəkildə yetişdirilməsini və əmək bazarına qazandırılmasını qarşıya məqsəd olaraq qoyub.

1news.az-ın verdiyi xəbərə görə, layihənin keçirilməsi üçün əsas istinad nöqtəsi cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunan gənclərin məşğulluğu siyasəti istiqamətindəki qərarlardır. Buna əsaslanaraq dövlət tərəfindən dəstəklənən və onun gənclər siyasətini həyata keçirən qurumların maliyyəsi hesabına təşkil olunacaq layihənin keçirilməsi olduqca önəmlidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihədə iştirak üçün 500-dən artıq müraciət daxil olmuş və onlar arasından 150 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunmuşdur. Daha sonra onlar arasından seçilən iddialı 80 nəfər gənc müsahibənin ikinci turunda iştirak edərək layihədə iştirak üçün bacarıqlarını bir daha nümayiş etdirmişdir. Nəticədə müraciətlər arasından seçilən 54 nəfər gənc üç ay ərzində nəzəri və praktiki cəhətdən rəqəmsal marketinqin sirlərinə yiyələnəcəkdir.

Layihənin nəzəri hissəsində öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən 20 təlim keçiriləcəkdir. Daha sonra isə iştirakçılar dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesində iştirak edərək əldə etmiş olduqları nəzəri bilikləri real iş mühitində görəcək və prosesin birbaşa iştirakçısına çevriləcəklər. Sonda iştirakçılar layihəni uğurla başa vurmaq üçün iştirak edəcəkləri komandaları ilə birlikdə kampaniya hazırlayaraq təqdim edəcəklər. Beləliklə, prosesi bütün mərhələləri ilə yaşayan və komanda işində iştirak edən iştirakçılar əmək bazarında dövlət və özəl qurumların tələblərinə cavab verəcək bacarıqlar əldə edəcək, eləcə də özlərini inkişaf etdirməyin yollarını kəşf etmiş olacaqlar.

Qeyd edək ki, layihənin açılışı iştirakçılar və təlimçilərin tanışlığı, layihənin təqdimatı və müzakirələrin fonunda baş tutmuş, tərəfləri qarşıda gözləyən məsələlərə bir daha aydınlıq gətirilmişdir.

S.Xankişiyeva

Paylaş:
854

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər