DİN: Karantin qaydaları ilə bağlı nəzarət-profilaktik tədbirlər gücləndirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Karantin qaydaları ilə bağlı nəzarət-profilaktik tədbirlər gücləndirilib - FOTO

17:25 - 29 / 10 / 2020
DİN: Karantin qaydaları ilə bağlı nəzarət-profilaktik tədbirlər gücləndirilib - FOTO

Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də ki, koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.

Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın müxtəlif nöqtələrində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan biz daha xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı qarış-qarış işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını bu qorxunc virusdan qorumaq, eləcə də koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün krantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan yalnız sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenamıza fikir vermək tələb olunur.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Qafar Ağayev

Paylaş:
399

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12
Bütün xəbərlər