1news.az

Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü 3 saatdan çox davam edib

5 Dekabr saat 09:24 ~ 1 dəqiqəlik oxu 144
Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü 3 saatdan çox davam edib

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və üç saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.

Məlumatda qeyd olunur ki, görüşdə tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəldilər.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net