Emil Balayev rəsmən “Qarabağ”da - FOTO
 
            
            
            Son olaraq “Zirə”də çıxış edən Emil Balayevin yeni iş yeri bəlli olub.
1news.az xəbər verir ki, 26 yaşlı qapıçı yeni mövsümdən “Qarabağ”da çıxış edəcək. Ağdam klubu qapıçı ilə müqavilə imzalayıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Azad agent statusu daşıyan Emilin “Qarabağ”a transferinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Emil Balayev "Neftçi", "Sumqayıt", "Araz-Naxçıvan", "Ayntraxt" (Almaniya), "Qarabağ", "Səbail", "Tobol" (Qazaxıstan) klublarının da formasını geyinib.
 
1news.az
1336








