Əmlak hesabatının təqdim edilməsi vaxtı uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmlak hesabatının təqdim edilməsi vaxtı uzadılıb

12:43 - 31 / 03 / 2020
Əmlak hesabatının təqdim edilməsi vaxtı uzadılıb

Dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatların təqdim edilməsi müddəti uzadıldı

1news.az xəbər verir ki, Dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma” sı hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar hesabatın təqdim olunması müddəti mayın 1-dək uzadılır.

Qafar Ağayev

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər