Ermənistanın xalqımızın tarixi-mədəni, dini irsinin məhv edilməsinə yönəlmiş əməlləri bəşəriyyətə qarşı cinayətdir | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın xalqımızın tarixi-mədəni, dini irsinin məhv edilməsinə yönəlmiş əməlləri bəşəriyyətə qarşı cinayətdir

21:46 - 19 / 11 / 2020
Ermənistanın xalqımızın tarixi-mədəni, dini irsinin məhv edilməsinə yönəlmiş əməlləri bəşəriyyətə qarşı cinayətdir

Otuz ilə yaxın müddət ərzində Ermənistan işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda, Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. İnsanların yaşadıqları evlər, sosial və digər infrastrukturlar tamamilə məhv edilib. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

S.Fətəliyeva qeyd edib ki, sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha erməni vəhşiliyinin şahidi oldu. Noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə əlaqədar fikirlərini ifadə etdi. Dövlət başçısının dediyi kimi, biz necə də vəhşi bir düşmənlə üz-üzə olmuşuq.

Deputat onu da qeyd edib ki, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilib. Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı cinayətdir. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.

“Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar ayrıca qiymətləndiriləcək. Artıq bu istiqamətdə araşdırmalar, hesablamalar başlayıb. Yerli qurumlarla yanaşı, beynəlxalq təşkilatlar da bu prosesə cəlb ediləcək. Ermənistan işğal müddətində törətdiyi vandalizm aktları ilə Azərbaycana on milyardlarla dollar həcmində ziyan vurub. Əlbəttə ki, onlar bütün bunlara görə cavab verməli, bu cinayətlərinə görə təzminat ödəməli, məsuliyyət daşımalıdır. Azərbaycan dövləti bunun üçün bütün lazımi addımları atacaq və beynəlxalq məhkəmələrə müraciət edəcək. Ermənistan bütün bu cinayətlərinin hesabını ödəcəyək və dünya ictimaiyyəti bir daha erməni vəhşiliyinin şahidi olacaq”,-deyə, S.Fətəliyeva vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirəcək. Bu ərazilərə yeni nəfəs, yeni həyat gələcək.

S.Xankişiyeva

 

Paylaş:
547

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər