“Fakt Araşdırıcı-N” MMC-nin rəhbərinin işi məhkəməyə göndərildi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Fakt Araşdırıcı-N” MMC-nin rəhbərinin işi məhkəməyə göndərildi

12:32 - 06 / 07 / 2020
“Fakt Araşdırıcı-N” MMC-nin rəhbərinin işi məhkəməyə göndərildi

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi məqsədi ilə aparılan sistemli islahatlar hər bir sahədə olduğu kimi, biznes mühitinə də öz müsbət təsirlərini göstərməklə özəl sektorun dəstəklənməsi yüksək səviyyədə təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanları tərəfindən sağlam rəqabət və bazar mühitinin stabilliyinə yönəlmiş dövlət qayğısından sui-istifadə edən, cəmiyyətin, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərini pozmağa cəhd edən hüquqi və fiziki şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində effektiv mübarizə tədbirləri davam etdirilir.

Bu çərçivədə keçirilən tədbirlərdən biri kimi, “Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanmasıdır.

Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

19 iyun 2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, milli cinayət-hüquq sisteminə implementasiya edilmiş “hüquqi şəxslərin cinayət məsuliyyəti” institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi «Fakt Araşdırıcı-N» MMC barəsində də Azərbaycan Respublikası CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir.

Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qafar Ağayev

Paylaş:
560

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər