Fərid Şəfiyev: “Ermənistan millətçilik, eyni zamanda irqçilik, türkfobiya mövqeyini göstərir” | 1news.az | Xəbərlər
Müsahibə

Fərid Şəfiyev: “Ermənistan millətçilik, eyni zamanda irqçilik, türkfobiya mövqeyini göstərir”

11:55 - 22 / 09 / 2020
Fərid Şəfiyev: “Ermənistan millətçilik, eyni zamanda irqçilik, türkfobiya mövqeyini göstərir”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən rəsmi olaraq öz işinə başlayıb. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub.

1news.az məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə həmsöhbət olub:

- İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən rəsmi olaraq öz işinə başlayıb. Prezidentimizin təşəbbüsü ilə başlanan bu sessiyanın əhəmiyyəti nədən ibarətdir?

- Cənab Prezidentin təşəbbüsü ilə sessiya iyulun 10-da öz işini başlayıb. Əsas iş payız aylarında olacaq. BMT-nin təcrübəsinə əsasən 75-ci baş assambleya və xüsusi sessiya paralel olaraq keçirilir. Onun əhəmiyyəti dünyada ikinci dünya müharibəsindən sonra COVİD-19 pandemiyasına qarşı dünya ictimaiyyətinin, dövlətlərin birgə fəaliyyətini nizamlamaq, həmrəyliyi təsdiq etməkdən ibarətdir.

May ayının əvvələrində cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının zirvə görüşü keçirilmişdi və orada bir neçə əsas məsələ, o cümlədən dünya ictimaiyyətinin həmrəyliyi müzakirə olunmuşdu. Bilindiyi kimi, ABŞ Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırıb. Belə bir fonda Azərbaycan və Qoşulmama Hərakatının digər üzvləri ölkələrin birgə səylərini vurğuıayıblar. BMT-nin təcrübəsinə əsasən xüsusi sessiyalar davamlı olaraq keçirilir, olur ki, qısa müddətdə keçirilir, 2 həftə, 1 ay çəkir. Yəni, müxtəlif formatda  olur. Çox güman ki, bu sessiya davamlı olacaq, yəni  ən azı bu pandemiyaya qalib gəlməsək 1 il ərzində vaxtaşırı iclaslar olacaq.

- BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır (Türkiyə) 14 sentyabr 2020-ci il tarixində həmçinin xüsusi sessiyanın da prezidenti seçilib. Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq V.Bozkırın xüsusi sessiyanın sədri seçilməsi məsələsini səsverməyə çıxardı və növbəti dəfə uğursuzluğa düçar oldu. Ermənistanın bu addımı ilə bağlı nə deyə bilərsiniz?

- Ermənistanın bu addımları bir daha göstərdi ki, Ermənistan millətçi mövqedən çıxış edir. COVİD-19 tək Azərbaycanla bağlı problem deyil, ümumbəşəri problemdir. Türkiyənin nümayəndəsinin xüsusi sessiyanın prezidenti seçilməsi ondan irəli gəlir ki, o, 75-ci sessiyanın da prezidenti seçilib, yəni paralel olaraq onu xüsusi sessiyaya da prezident seçiblər.

Ermənilər aprel ayında da xüsusi sessiyanın keçirilməsinə etiraz edirdilər, indi də Türkiyənin nümayəndəsinə qarşı çıxış edirlər. Bu Ermənistanın millətçilik, eyni zamanda irqçilik, türkfobiya mövqeyini göstərir.

Bir də qeyd edim ki, Türkiyə nümayəndəsinin BMT Baş Assambleyasının Prezidenti seçilməsi daha çox formal xarakter daşıyır, yalnız ölkənin nüfuzu barədə söhbət gedir. Türkiyə nümayəndəsinin nə xüsusi sessiyaya, nə də ümumi sessiyaya müdaxilə etməsi nəzərdə tutulmayıb, sadəcə gündəliyi tənzimləyir.

- Ermənistan bu məsələdə də öz çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir. Bu addımı atmaqda məqsəd nədir?

- Bu təşəbbüs Azərbaycan Prezidenti tərəfindən olduğu üçün ermənilər təxribatlara cəhd edirlər. Azərbaycan diplomatiyası günü-gündən güclənir.  Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilata sədrlik edir. Cənab Prezidentin təşəbbüsü ilə xüsusi sessiyanın çağırılması növbəti uğurdur. Bu fonda Ermənistanın diplomatiyası çox zəifdir.

Qafar Ağayev

Paylaş:
1371

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər