Füzulidə ağır yaralanan, Şuşada şəhid olan Ramiz Ağayevin ailəsinə son mesajı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Füzulidə ağır yaralanan, Şuşada şəhid olan Ramiz Ağayevin ailəsinə son mesajı – FOTO – VİDEO

18:06 - 30 / 11 / 2020
Füzulidə ağır yaralanan, Şuşada şəhid olan Ramiz Ağayevin ailəsinə son mesajı – FOTO – VİDEO

Vətən müharibəsi zamanı igidlik göstərərək döyüşən, torpaqlarımızı erməni işğalından azad edən daha bir qəhrəmanımızı tanıtmaqdan şərəf duyuruq.

Mərhum şairimiz Cabir Novruzun “Vətəndən pay olmayır” şeirində deyildiyi kimi:

 

“Bilir ərlər, ərənlər

Vətənə tay olmayır,

Ömürdən pay verərlər,

Vətəndən pay olmayır”

Canını qurban versə də, Vətəndən pay verməyən, Qarabağımızı işğaldan azad edən oğullarımızdan biri də – Ağayev Ramiz İmamverdi oğludur.

O, 1993-cü ildə Bakının Biləcəri qəsəbəsində dünyaya göz açıb. 301 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra hüquqşünas olmaq istəyirdi. Lakin qəbul imtahanlarında yüksək bal toplaya bilməyir. Həqiqi hərbi xidmətə getdikdən sonra uşaqlıqdan arzuladığı peşəyə – hərbçi olmağa qərar verir. Valideynlərinə bu barədə bildirdikdə, onlar Ramizin bu qərarına təəccüblə yanaşırlar. Çünki bir vaxtlar səhərlər yuxudan oyanmağa çətinlik çəkən Ramizin ömrünü çətin olduğu qədər, şərəfli olan – hərbiyə bağlayacağını düşünmürdülər.  

Lakin o, hərbçi kimi daim təlimlərdə iştirak edir, müxtəlif mükafatlara layiq görülür. Xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirir. Daha sonra təlimlər üçün rayonlardan birinə göndərilir.

Vətən müharibəsi başlayanda xüsusi təyinatlı hərbçi kimi Ramiz Murov istiqamətində gedən döyüşlərdə iştirak edir. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi şücaətlər göstərir. Daha sonra Füzuli istiqamətində gedən döyüşlərə sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirir. Xeyli sayda düşmən hərbçisini məhv edib, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Yaralanmasına baxmayaraq, hələ bir müddət döyüş meydanında döyüşür. Yarası ağır olduğundan, hərbi  hospitala yerləşdirilir. Çiynində olan mərmi çıxarılmadan təkrar döyüşlərə qatılır.

Qardaşı Ramil Ağayev deyir ki, 2020-ci sentyabrın sonundan isə Ramiz xüsusi təyinatlı olaraq döyüşlərin öndə gedənlərindən olur: “Qardaşım 3 döyüşdə iştirak edib. Murov döyüşündə, Füzuli döyüşlərində iştirak edib. Daha sonra Füzulinin işğaldan azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb, Şirvan Xəstəxanasına gətirilib. 3 güllə yarası almışdı (545 gəzən güllə) 2-sini çiynindən 1-ini boğaz nahiyyəsindən. Sonra qardaşım yaralı ola-ola getmək istəyib. Amma maşında yer olmayıb. Bəlkə də, Allah da getməsini istəməyib. Sonra isə yəqin ki, Allah da gördü ki, bu adam döyüşmək, şəhid olmaq istəyir”.

Hətta şəhid hərbçimiz bacısı ilə yazışmasında müalicə aldığı hospitaldan cəbhəyə qayıdacağını deyir. Bacısının təkidinə baxmayaraq, o, Vətənə olan borcunu, şəhid yoldaşlarının qisasını almaq, ən əsası isə işğal altında olan torpaqlarımızı düşməndən azad etmək fikrindən geri çəkilmir.

“Çıxıb gedib. Bizə də xəbər etməyib ki, mən artıq getmişəm. Biz sonradan bilmişik ki, o, həmin döyüşlərdə iştirak edib. Şuşanı alıblar. Ancaq bu döyüş gedə-gedə şəhid olmayıb. Şuşanı işğaldan azad ediblər. Şuşa Qalasına nəzarət keçdikdən sonra səhəri gün ermənilərin atdığı artilleriya mərmisinin qəlpəsi ürəyinə sancılıb və qardaşım şəhid olub”, – şəhid Ramizin qardaşı bildirir.

Atası İmamverdi Ağayev deyir ki, Ramizin ən böyük arzusu general olmaq idi:

“Bir dəfə dedi ki, mən general olacağam. Dedim, axı sən oxumamısan, necə ola bilər? Dedi, yox, olacağam”.

General olmaq arzusuna çata bilməsə də, döyüşlərdə göstərdiyi şücaəti, qoçaqlığı ilə şəhadət zirvəsinə yüksələn xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev general Polad Haşımovun dəfn olunduğu 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO

Samirə Xankişiyeva

Paylaş:
5573

Son xəbərlər

Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44Şahdağda sulu qar yağır - Faktiki hava22 / 04 / 2024, 15:20Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib22 / 04 / 2024, 15:03“Azərpoçt” “İnternet bankçılıq” xidmətini istifadəyə verib22 / 04 / 2024, 14:36Dövlət Vergi Xidmətinə daxil olan şikayətlər 46% azalıb22 / 04 / 2024, 14:28
Bütün xəbərlər