Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib

First News Media14:40 - Bu gün
Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib

TƏBİB tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsi müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təchiz edilib.

1news.az xəbər verir ki, görülən işlər Gəncə şəhəri, habelə ətraf rayonların sakinləri üçün müasir və keyfiyyətli oftalmoloji xidmətlərin əlçatanlığının artırılmasına imkan yaradır.

Hazırda şöbədə peşəkar tibb heyəti tərəfindən fakoemulsifikasiya üsulu ilə katarakta əməliyyatları, həmçinin qlaukoma və göz qapaqları əməliyyatları, Avastin inyeksiyaları, eləcə də müxtəlif lazer prosedurları - Argon lazer fotokoaqulyasiyası və YAG lazer tətbiqləri uğurla həyata keçirilir.

Bununla yanaşı, şöbədə uşaqlarda və böyüklərdə gözün ön, arxa seqmentlərinin daha dəqiq diaqnostikası məqsədilə tonometriya, avtorefraktometriya, biometriya, buynuz qişanın topoqrafiyası, biomikroskopiya, perimetriya, optik koherent tomoqrafiya (OCT), fundus angioqrafiyası, gözün ultrasəs müayinəsi və digər müasir diaqnostik müayinələr aparılır.

Görülən tədbirlər region sakinlərinin müasir, keyfiyyətli və əlçatan oftalmoloji xidmətlərlə təmin olunmasına, göz xəstəliklərinin erkən diaqnostikası və müalicəsi imkanlarının genişləndirilməsinə xidmət edir.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər