1news.az

Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb

25 Fevral saat 17:16 ~ 1 dəqiqəlik oxu 111
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb

22-23 fevral tarixlərində Rumıniyanın Buxarest şəhərində bədii gimnastika üzrə "İrina Deleanu Cup" adlı beynəlxalq turnir keçirilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, turnirdə ölkəmizi gimnastlar Gövhər İbrahimova, Məryəm Əliyeva və Fatimə Əkbərova təmsil ediblər.

10 yaşlı Gövhər bu il çıxış etdiyi ilk beynəlxalq yarışda 3 qızıl medal qazanmağa müvəffəq olub. Belə ki, gimnastımız həm çoxnövçülük, həm gürzlər, həm də halqa ilə çıxışına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsinə yüksəlib.

Məryəm isə çoxnövçülük, gürzlər və topla nümayiş etdirdiyi hər bir çıxışına görə 6-cı yerdə qərarlaşıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İdman BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net