Google Play Store-da yeni funksiya: Proqramlar bildiriş gəlmədən yenilənəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Google Play Store-da yeni funksiya: Proqramlar bildiriş gəlmədən yenilənəcək

16:59 - 22 / 01 / 2020
Google Play Store-da yeni funksiya: Proqramlar bildiriş gəlmədən yenilənəcək

"Google Play Store"a yeni funksiya əlavə olunub.

1news.az ted.az-a istinadən bildirir ki, "Play Store" tətbiqləri bildiriş göndərmədən yeniləyəcək.

Google şirkətindən verilən məlumata əsasən, sözügedən funksiya istifadəçilərin rahatçılığı üçün istifadəyə verilib. Şirkət mütəxəssisləri Android təminatlı qacetlərdə bildirişlərin sayını bu yolla azaltmağa çalışıblar.

Qeyd edək ki, tətbiqlər yenilənərkən uyğun simvolu bildiriş panelində görmək mümkündür, lakin yenilənmə bitdikdən sonra təsdiq bildirişi göndərilmir.

1news.az

Paylaş:
1132

Son xəbərlər

Bütün xəbərlər