Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO

11:37 - 31 / 07 / 2020
Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, layihə respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir.

Respublikamızda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.

1news.az

Paylaş:
776

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər