Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsini üzərinə götürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsini üzərinə götürdü

18:03 - 25 / 02 / 2020
Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsini üzərinə götürdü

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən məşhur “Qaya” qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

1news.az-ın məlumatına görə, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib.

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kordiologiya İnstitutuna gələrək R.Babayevi ziyarət edib. A.Ələkbərov Xalq artistinin səhhəti ilə maraqlanıb. Bunun ardınca Rauf Babayev xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.

Artıq onun müalicəsi Heydər Əliyev Fondunun rəhbərliyinin nəzarəti altında Mərkəzi Klinikada davam etdiriləcək.

1news.az

Paylaş:
416

Son xəbərlər

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55
Bütün xəbərlər