İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib – FOTO – YENİLƏNİB

14:46 - 13 / 12 / 2019
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Xoş gəlmisiniz, sizi görməyimə şadam.

Çox şadam ki, siz Həştərxan vilayətinin rəhbəri təyin ediləndən az sonra Azərbaycana gəlmisiniz. Bu, çox yaxşı əlamətdir, bizim tərəfdaşlığımızın, dostluğumuzun əlamətidir. Həştərxan ilə Bakını uzun qarşılıqlı fəaliyyət, tərəfdaşlıq və əməkdaşlıq tarixi bağlayır. Biz Xəzərin sahilində yerləşirik, ona görə də münasibətlərimizin tarixi keçmiş əsrlərin dərinliklərinə gedir. Mən də Həştərxana səfərim zamanı bu şəhərlə tanış olmaq imkanı əldə etdim. O cümlədən mənə əməkdaşlığımızın tarixi barədə məlumat verildi. Bu əməkdaşlıq həqiqətən həmişə çox müsbət olub. Bu gün də biz çox fəal qarışlıqlı fəaliyyət göstəririk. Rusiya regionları arasında Həştərxan vilayəti ilə Azərbaycanın xüsusi münasibətləri var. Bu, bir daha bizim tariximizə və son vaxtlar çoxlu müştərək layihələrimizə əsaslanır.

Bildiyiniz kimi, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradılıb, keçən il həmin mərkəzin açılışı olub. Mənə verilən məlumata görə, Bakıda Həştərxan İşgüzar Mərkəzi də açılış üçün hazırdır və onun tikintisi demək olar ki, başa çatdırılıb. Bu, çox mühüm hadisədir, çünki biz bu işgüzar mərkəzlər vasitəsilə qarşılıqlı ticarəti inkişaf etdirəcəyik. Bu gün mən cari ilin 9 ayının məlumatlarına baxmışam. Bizdə əmtəə dövriyyəsi artımının o qədər də çox olmaması müşahidə edilir, amma hər halda burada da müsbət dinamika var.

Həştərxan ilə Bakını bağlayan amillər çoxdur. Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun. Biz artıq birbaşa aviasiya əlaqəsinə malikik. Bu da çox müsbət məqamdır. Hesab edirik ki, həm bizim turistlər, həm də Həştərxandan olan turistlər daha çox qarışlıqlı səfərlər edəcəklər. Ümumiyyətlə, Azərbaycana gələn rusiyalı turistlərin sayı artır. Fikrimcə, bu il həmin rəqəm bir milyon nəfərə yaxın olacaq. Beləliklə, bu da əməkdaşlığın, dostluğun yaxşı göstəricisidir və bizim vətəndaşlarımız bir-birinə baş çəkəndə özlərini rahat hiss edirlər.

Bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub. Yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub. Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq. Çünki əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və biz, əlbəttə, öz tərəfdaşlarımızla ənənəvi əlaqələri möhkəmlədəcəyik. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.

x x x

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor BABUŞKİN dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İcazə verin, ilk növbədə, Sizə dərin ehtiramımı və şəxsən görüşmək imkanına görə təşəkkürümü bildirim. Həqiqətən, Azərbaycan Respublikası Həştərxan vilayəti üçün Xəzəryanı regionda əsas tərəfdaşlardan biridir. Uzun müddət ərzində əmtəə dövriyyəsi, turizm sahəsində bu cür sıx münasibətlər, işgüzar əlaqələr yaranıb. Müasir mərhələdə bizim iqtisadi əlaqələrimizin flaqmanı, heç şübhəsiz, xarici ticarət dövriyyəsidir. Siz dediyiniz kimi, 10 ay ərzində xarici ticarətin həcmi kifayət qədər böyükdür və faiz nisbətində artım müşahidə edirik.

Biz ticari əlaqələrimizin genişlənməsi perspektivini keçən il Həştərxanda açılmış Azərbaycan İşgüzar Mərkəzinin işi ilə bağlayırıq. Dünən biz Həştərxan İşgüzar Mərkəzinin tikintisinin gedişi ilə tanış olmaq imkanı əldə etdik. Demək istəyirəm ki, işin gedişindən çox razıyıq və hesab edirik ki, iyunun əvvəlində biz bu mərkəzi təntənəli şəkildə aça biləcəyik. Siz dediyiniz kimi, Həştərxanda və Bakıda bu cür mərkəzlər həqiqətən bizim ticari və mədəni əlaqələrimizin inkişafı üçün yaxşı vasitə olacaq.

Fikrimizcə, nəqliyyat sahəsində uğurlu əməkdaşlığı nümunə göstərmək olar.

12.02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

Paylaş:
523

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər