Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib.
1news.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.
Əmrlə dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplar, ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI siniflər, ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI siniflər, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları təsdiqlənib.
Həmçinin uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsili üçün olan tədris planları da təsdiqlənib.
"Bakı şəhəri "Vətən" idman liseyi", "Bakı şəhəri 1 nömrəli idman liseyi" və "Gəncə şəhəri idman liseyi"ndə ümumtəhsil fənlərinin tədrisi bu əmrə müvafiq olaraq təşkil ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.












