1news.az

İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

7 Avqust saat 17:25 ~ 1 dəqiqəlik oxu 3370
İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı davam etdirilir.

1news.az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934 mənzil və fərdi ev verilib.

2020-ci ildə isə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq son 20 gün ərzində 250 mənzil olmaqla, ümumilikdə 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlərin isə ilin sonunadək verilməsi planlaşdırılır. Ümumilikdə indiyə kimi şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net