İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Holcim Azərbaycan sement  zavodunu ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Holcim Azərbaycan sement  zavodunu ziyarət edib – FOTO

15:05 - 11 / 10 / 2019
İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Holcim Azərbaycan sement  zavodunu ziyarət edib – FOTO

11 oktyabr 2019-cu il tarixində İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Jan-Rene Furniye Azərbaycana rəsmi səfəri çərçivəsində Holcim Azərbaycan şirkətinin Qaradağ Sement zavodunu ziyarət etmişdir.

Rəsmi səfəri çərçivəsində Cənab Furniye Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkələrinin nümayəndələri ilə görüşmək istədi. Azərbaycanın iqtisadi inkişafında və infrastruktur layihələrində Holcim kimi İsveçrə şirkətləri fəal iştirak edir.  Bu şəkildə onlar Azərbaycan və İsveçrə arasında dinamik və yüksək səviyyəli iqtisadi əlaqələrə töhfə verirlər.

Səfərin məqsədi Holcim Azərbaycan şirkətinin indiki vəziyyəti ilə tanış olmaq idi. Cənab Furniye və onun başçılıq etdiyi namayəndə heyətinə Holcim Azərbaycan ASC-nin Baş Direktoru Frederic Guimbal tərəfindən son ilin nailiyyəti ilə bağlı məlumatı çatdırıldı.

Cənab Guimbal bildirildi ki, Holcim Azərbaycan klinker, qalaq və kisə sementi istehsalında innovativ həllər tətbiq edən qabaqcıl müəssələrdən biridir. Qlobal təcrübəyə və keyfiyyətə malik olan Holcim Azərbaycanın istehsal etdiyi sement ilə ölkədə bir sıra müasir tikililər ərsəyə gəlmişdir. Buna Heydər Əliyev adına Beynəlxalq Hava limanı, Ələtdə yerləşən Bakı limanı, Koroğlu qovşağı, SOCAR-ın, SOFAZ-ın və AZƏRSU-nun inzibati binaları, Yeni Bulvar, Bakı Metropoliteninin yeni stansiyaları, Bakı Gəmiqayırma zavodu-nu misal olaraq göstərmək olar. Zavod istər fərdi ustalar uçün, istərsə də strateji və innovativ layihələr üçün müxtəlif markalı sementlər istehsal etməyə qadirdir.

Qonaqlara sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim şirkətinin təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar haqqında məlumat verildi. Bu sahədə olan həll yolları  və atılmış ilkin addımlar və əldə olunana nəticələr barədə müzakirələr aparıldı. Təqdimatdan sonra qonaqlar sahədə  aparılan işlərlə yaxından tanış olmaq üçün zavod  ərazisinə gəzintiyə çıxdılar. Onlar tullantıların idarə olunması prosesi ilə bağlı yaradılan texnoloji proseslərlə yaxından tanış oldular. Qonaqlar görüşün təşkil olunmasında və ətraflı məlumatlara görə cənab Guimbala və Holcim əməkdaşarına təşəkkürlərini bildirdilər.

Tullantı emissiyaları müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun təkrar emalı bir çox müəssisələr üçün zəhmət və yüksək sərmaye tələb edən bir prosesdir. Bu prosesə yanlış yanaşma və ya aşağı səmərəlilik, müəssisələri ciddi ekoloji və nüfuz risklərinə məruz qoya bilər. Bu baxımdan, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir. Azərbaycannın tikinti sənayesi Holcim Azərbaycan şirkəti bu sahədə ilk addım artmışdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur "Geocycle" brendi altında fəaliyyət göstərir.

Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Reklam hüququnda

Paylaş:
817

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər