Təcili yardım sürücüsü həkim briqadasını xəstəyə çatdırdıqdan sonra vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təcili yardım sürücüsü həkim briqadasını xəstəyə çatdırdıqdan sonra vəfat edib

First News Media09:21 - Bu gün
Təcili yardım sürücüsü həkim briqadasını xəstəyə çatdırdıqdan sonra vəfat edib

Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində həyatını itirib.

Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ. Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər