Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb – FOTO

09:30 - 27 / 01 / 2020
Kamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb – FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizədədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş  Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

K.Qafarov rayonun 7-ci Binəqədi küçəsindəki 3205-ci məhəllənin və Ə.Ağayev küçəsinin sakinləri - Ə. Mahmudov, V.Məlikov, X.Amaşov, A.Cəfərov və başqalarının dəvəti ilə 6-cı mikrorayonda seçicilərlə görüş keçirmişdir.

Görüşün əvvəlində Kamaləddin Qafarov ölkədəki iqtisadi-siyasi vəziyyət, mövcud sosial durum, 2020-ci il Dövlət Büdcəsinin əsas parametrləri haqqında seçicilərə ətraflı məlumat vermişdir. O, bir çox sahələri əhatə edən islahatların Azərbaycanın yaxın illərdəki inkişafının  əsas təkanverici qüvvəsinə çevriləcəyini xüsusi vurğulamışdır.

Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın neqativ hallara qarşı mübarizəsini ürəkdən bəyəndiklərini bildirən seçicilər ölkəmizin irəliyə inkişafını əngəlləyən məmurların hələ də mövcud olduğunu bildirmişlər. Məhz bu tipli məmurların onların yaşadıqları məhəllənin mərkəzindəki su anbarının və ətrafda olan abad parkın yerində çoxmərtəbəli yaşayış binası tikmək niyyəti sakinlərdə ciddi narahatlıq doğurmuşdur. Məhəllə sakinlərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin etirazlarına baxmayaraq, həmin şəxslər məhkəmə yolu ilə məhəllənin infrastrukturunu qanunsuz olaraq dəyişərək, orada çoxmərtəbəli yaşayış evi tikmək istəyirlər. 8 dəfə məhkəmə iclası olmasına baxmayaraq, hələ  də çəkişməyə aydınlıq gəlməmişdir.

K.Qafarov seçiciləri  dinlədikdən sonra özünün seçki qərargahının səlahiyyətli nümayəndələrinə məsələni qısa müddətdə araşdırılıb, əldə edilən nəticələr üzrə qanuni tədbirlər görülməsi ilə bağlı konkret tapşırıqlar vermiş, nəticə barədə məhəllə sakinlərini və müvafiq strukturları xəbərdar etməyi tapşırmışdır. Məsələ deputatlığa namizədin nəzarətinə götürülmüşdür.

Bundan əlavə, Ə.Ağayev küçəsindəki 120 saylı binanın sakinləri evin arxa hissəsində olan boş ərazidə mini stadion və ya sadə idman qurğularının quraşdırılması ilə bağlı qaldırılmış məsələnin həll olunmasında  da K.Qafarovdan kömək istəmişlər. VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizəd Kamaləddin Qafarov bu məsələni qısa müddətdə  Binəqədi Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların qarşısında qaldıracağını və onun müsbət həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Görüş zamanı çıxış edən seçicilər ölkəmizdə keçirilən köklü islahatları ürəkdən dəstəklədiklərini bildirmiş, qarşıdakı nəhəng quruculuq işlərində dövlətin, ölkə Prezidenti İlham Əliyevin yanında yer alacaqlarını birmənalı şəkildə vurğulamışlar.

Seçicilər dəvətlərini qəbul edib gəldiyi üçün Kamaləddin Qafarova  dərin minnətdarlıqlarını  bildirmiş və fevralın 9-da ceçki prosesində layiqli namizədə səs verəcəklərini bəyan etmişlər.

1news.az

 

 

 

 

 

Paylaş:
2560

Son xəbərlər

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57
Bütün xəbərlər