Kamaləddin Qafarov: “Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur!” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur!”

14:30 - 21 / 10 / 2020
Kamaləddin Qafarov: “Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur!”

"Azərbaycan xalqının qətiyyəti, tarixdə görünməmiş dərəcədə mütəşəkkilliyi, fenomenal iqtidar-xalq tandemi və nəhayət, ölkə Prezidenti İlham Əliyevin uğurlu titanik səyləri, birmənalı şəkildə dövlətimizin bu Vətən müharibəsindən alnıaçıq, üzüağ, Böyük Qələbə ilə çıxacağını şərtləndirən ən vacib şərtlərdir".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirmişdir ki, ən maraqlı və unikal məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son müsahibə və çıxışlarında dövlətimizin başçısı qələbənin yalnız hərbi yolla deyil, həm də siyasi yolla həll edilməsini mümkün sayır və qarşı tərəfə qırğını dayandırmaq, ağıllarını başlarına toplamaq və praqmatik qərar qəbul etmək üçün ağlasığmaz imkanlar  da yaradır. Bu jest ölkəsinin və xalqının qüdrətinə yaxşı bələd olan, ona sonsuz güvənən və mükəmməl orduya malik olan lider və sərkərdənin miskin düşmənə verdiyi son şansdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi videomüsahibəsində də bu məsələləri yenidən gündəmə gətirmişdir.

  Millət vəkili demişdir ki, Prezidentimiz növbəti dəfə bəyan etmişdir ki,indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. “Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”.

Azərbaycanın   münaqişənin bütün mərhələlərdə - 27 il ərzində  beynəlxalq hüquq çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının məlum qərarları əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tərəflərlə sıx təmas formatında işlənib hazırlanmış baza prinsipləri əsasında həll variantını dəstəklədiyini xatırladan K.Qafarovun fikrincə, ölkəmiz bu gün də həmin razılaşmalara sadiqliyini nümayiş etdirir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin 5+2 formatında qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya dönmələridir. Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Lakin son dövrdə, xüsusən N.Paşinyanın zamanında “Qarabağ Ermənistandır” kimi sərsəm ideyalar ucbatından danışıqlar dalana dirənmişdir.

Prezidentimiz media nümayəndələri ilə görüşlər zamanı dəfələrlə aydın demişdir ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik.

Millət vəkili bu müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyətini narahat edən, onlara qaranlıq qalan bir çox məsələlərə birmənalı şəkildə dəqiq, konkret və obyektiv aydınlıq gətirmişdir.  ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü, Laçın dəhlizi, cəbhədə guya Azərbaycan tərəfindən yaraqlıların döyüşməsi haqqında uydurmalara və digər maraq doğuran məsələlərə birmənalı, dəqiq cavablar verilmişdir.

Yeri gəlmişkən, əgər erməni işğalçıları deyilənlərə bir az da ləng reaksiya versələr, onda bütün bu danışıqlar prosesi və nəzərdə tutulan baza prinsipləri yeni siyasi situasiyada, yeni məzmunla yeni müstəviyə keçirilə bilər. Millət vəkili bildirmişdir ki, dünən rəşadətli qoşunlarımızın Zəngilan şəhərini və 24 kəndi işğaldan azad etməsi və uğurla zəfər yürüşünü davam etdirməsi bu zərurəti reallığa çevirən ən inandırıcı arqumentlərdir.

K.Qafarov mülahizələrini  ölkə Prezidentinin Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsindən gətirdiyi bir iqtibasla bitirmişdir”. ... Biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”.

1news.az

 

 

Paylaş:
566

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər