Kamaləddin Qafarov:  “Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov:  “Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”

12:29 - 02 / 12 / 2020
Kamaləddin Qafarov:  “Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”

“Dünən  Laçın rayonu erməni işğalından azad olundu. Bu möhtəşəm, unudulmaz gün münasibətlə bütün Azərbaycan xalqını, laçınlıları, möhtəşəm qələbəyə sevinənlərin hamısını ürəkdən təbrik edirik. Çox böyük qürur  hissi ilə qeyd edirik ki, artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq, ölkəmizin  ərazi  bütövlüyü  təmin olundu”.

Bu sözləri  yap.org.az  saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.

Millət vəkili qeyd etmişdir ki, 44 günlük müharibə 300-ə qədər kəndin, 5 şəhərin, 4 qəsəbənin, xeyli sayda strateji yüksəkliklərin işğaldan azad olunmasını təmin etdi. Ermənistanın başqa çıxış yolu yox idi,  ya birgə Bəyanata imza atmalı, ya da tamamilə  məhv olmalı idi. Azərbaycan Ordusu işğalçı dövləti diz çökdürdü.  10 noyabr tarixli  üçtərəfli bəyanat işğalçı dövlətin kapitulyasiyasını əyani sübut edən rəsmi   sənəddir,  Ermənistan  və onun havadarları olan dövlətlər  bir daha dərk etdilər ki, saxta tarix   heç zaman reallıqları əvəz edə bilməz. “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu isə düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik” söyləyən cənab İlham Əliyevin də qeyd etdiyi kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır”.

Kamaləddin Qafarovun fikrincə, indi qarşıda duran vəzifələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çox dəqiq  müəyyənləşdirilmişdir və bu istiqamət bizim  hamımız üçün gələcək fəaliyyət proqramı olmalıdır:

“Ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir”.

1news.az

Paylaş:
459

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər