1news.az

“Keşikçidağ”da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub - DSX

4 İyun saat 09:50 ~ 1 dəqiqəlik oxu 1890
“Keşikçidağ”da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub - DSX

İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində "Keşik­çidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Məlumatda qeyd olunub ki, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net