Komitə sədri: Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri: Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək

15:28 - 11 / 10 / 2019
Komitə sədri: Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək

Bu gün yaxşı fəaliyyət göstərən, eləcə də zəif, büdcəsi az olan bələdiyyələr var.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bələdiyyələrin hüquqi bazası, demək olar ki, tamamlanıb: "Zamanın tələbi ilə müəyyən düzəlişlər edilir. Bələdiyyələrin fəaliyyətlərini tam qura bilməsi üçün onların maliyyə imkanları olmalıdır. Dövlət büdcəsindən onlara dotasiya və subvensiya da ayrılır. Ancaq baxaq görək bələdiyyələr tərəfindən vergilər tam yığılırmı? Xeyr! Çünki bələdiyyələr öz torpaq ərazilərinin sərhədlərini tam müəyyən edə bilmirlər. Bələdiyyənin yaxşı işləyə bilməsi üçün onlarla insanlar arasında bağlantı olmalıdır, bu məsuliyyəti hər birimiz hiss etməliyik".

Komitə sədri, həmçinin qeyd edib ki, Azərbaycanda bələdiyyələrə dotasiyalar fərqli şəkildə veriləcək:

"İlk növbədə o bələdiyyələrə dotasiya veriləcək ki, onların imkanları məhduddur. Hazırda bununla bağlı Milli Məclis və Prezident Administrasiyası tərəfindən birgə iş aparılır".

1news.az

Paylaş:
376

Son xəbərlər

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36
Bütün xəbərlər