LSS MFL 2019/20 Liqasının XXV turu: “Squadra”dan qol yağışı, “Beerbaşa”dan darmadağın – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XXV turu: “Squadra”dan qol yağışı, “Beerbaşa”dan darmadağın – FOTO – VİDEO

16:20 - 13 / 03 / 2020
LSS MFL 2019/20 Liqasının XXV turu: “Squadra”dan qol yağışı, “Beerbaşa”dan darmadağın – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 25-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 25-ci turda İnfinity konferensiyasının ən qollu qarşılaşması lider “Squadra” ilə “Veteran” komandalarının görüşündə qeydə alınıb – 14 qol. İkincilər “Squadra”nın 13 qoluna yalnız təsəlli qolu ilə cavab verə biliblər. Bu matç həm də “Dünya karatesinin brilyantı” Rafael Ağayevin “Squadra”nın heyətində debüt etməsi ilə əlmaətdar olub. İlk oyununda iki qol vurmaqla və bir məhsuldar ötürmə etməklə komandasının rəqib üzərində böyük hesablı qələbəsində böyük pay sahibi olan Rafael tək tatamidə deyil, futbol meydanında da istedadlı olduğunu nümayiş etdirdi.

“Baku Juniors” – “Galaxy” oyunu isə gərgin və maraqlı mübarizə şəraitində keçdi. Sonda 3:2 hesabı ilə rəqibinə qalib gələn “Galaxy” komandası qələbəni bayram etdi.

Turun mərkəzi görüşü isə çempionluq uğrunda mübarizə aparan komandalar – “BOS Shelf”lə “Universal” komandaları arasında oldu. Rəqibinə 6:2 hesabı ilə qalib gələn “Universal” bu qələbə sayəsində turnir cədvəlində də rəqibini qabaqlamış oldu.

25-cü turda Platinum konferensiyasında da liderlər qalib gəldilər. Lider “Beerbaşa” “Keşlə İMSİ”nin qapısından 8 cavabsız top keçirdi.

“Muğanbank” “Maisan”la qarşılaşmadan 9:5 hesablı qələbəylə ayrıldı, “Lokomotiv Baku” isə 7:5 hesabı ilə “Patriot”u məğlub etdi.

“Peçat Dönər” də turu qələbə ilə başa vurdu. “Dönərçilərin” 6 qoluna rəqib “Gres Severnıy” təsəlli qolu ilə cavab verə bildi.

25-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Geridə qalan 25 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 25 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
977

Son xəbərlər

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər