Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək | 1news.az | Xəbərlər
İdman

Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək

1news Redaksiyası13:22 - Bu gün
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Litva oyununun baş hakimi Qustavo Korreya ilk dəfə ölkə təmsilçisinin matçını idarə edəcək.

1news.az report-a istinadən xəbər verir ki, 34 yaşlı FIFA referisi daha əvvəl Azərbaycan klublarının və aşağı yaş qrupu üzrə yığmaların qarşılaşmasına təyinat almayıb.

Portuqaliyalı hakim karyerası ərzində ölkəsinin çempionat oyunları ilə yanaşı, Yunanıstan Superliqası və Səudiyyə Ərəbistanında da oyunları idarə edir.

O, cari mövsüm UEFA Çempionlar Liqasının, UEFA Konfrans Liqasının təsnifat mərhələsinin matçlarında da söz sahibi olub.

Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər