1news.az

Maradona dəfn olundu - FOTO

27 Noyabr saat 12:24 bir dəqiqəlik oxu 1930
Maradona dəfn olundu - FOTO

Futbol üzrə Argentina millisinin sabiq futbolçusu və məşqçisi Dieqo Maradona Buenos-Ayresdən 35 kilometr aralıqda yerləşən Bella-Vista adlı özəl qəbiristanlıqda dəfn olunub.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimi "Todo Noticias" telekanalı canlı yayımlayıb.

Dəfn mərasimi məhdud çevrədə keçirilib. Keçmiş futbolçunun atası Don Dieqo və anası Dalma Franko da bu qəbiristanlıqda uyuyurlar.

Qeyd edək ki, Maradona çərşənbə günü 60 yaşında dünyasını dəyişib. Argentina hökuməti onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net