Məzahir Əfəndiyev: Azərbaycan davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: Azərbaycan davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir

18:10 - 03 / 04 / 2020
Məzahir Əfəndiyev: Azərbaycan davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir

İstər individual, istərsə də institusional səviyyələrdə hansısa bir yanaşmanı daha dərindən və yaxşı anlaya bilmək üçün onu baş verdiyi konteksə mütəşəkkil şəkildə təhlil etmək tələb olunur.

Bu gün dünyanı bürüyərək həyatın bütün istiqamətlərində durğunluğa səbəb olmuş koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüzlərlə qərarlar qəbul edilir və tədbirlər görülür. Bu tədbirlərin səmərəliyin proqnozlaşdırıla bilinməsi üçün onların arxasındakı vizyona nəzər yetirmək lazımdır. Bu məcrada, bu mübarizəyə Azərbaycan Respublikasının hökümətinin yanaşmasını təhlil etmək yetərincə maarifləndirici olardı.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək və iqtisadi sektorlara və sahibkarlara dövlət dəstəyini göstərilməsi üçün yaradılmış İşçi Qrupunun rəhbəri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi doqquz proqram onu göstərir ki bu gün dövlətimiz iqtisadiyyatda baş verə biləcək bütün mənfi tendensiyalara layiqli cavab vermək üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir.

Hazırlanmış proqramların əsas məqsədi iş yerlərinin azaldılmaması, sahibkarlıq subyektlərində çalışan işçilərin əmək haqqlarının ödənilməsinin təmin edilməsi, mikro və fərdi sahibkarların çəkə biləcəyi zərərin qarşısının alınması, maliyyə və bank sektorunun qorunmasıdır. Nəticə etibarilə, həyata keçiriləcək sistemli tədbirlər nəticəsində hazırki “dondurulma” və post-pandemiya dövründə əhalinin sosial rifahının və həyat səviyyəsinin qorunması təmin ediləcəkdir.

Lakin, burada diqqətəlayiq əsas məqam ondan ibarətdir ki, qlobal səviyyədə baş verən neqativ tendensiyalara baxmayaraq, dövlətimiz özünün əsas, dayanıqlılığa yönəlik sosial-iqtisadi inkişaf modelindən üz döndərmir, əksinə fürsətdən maksimum şəkildə istifadə edərək daha da səmərəliyi artırır. Buna bariz nümunə kimi elə cənab Prezidentin pandemiyadan sonrakı dövr üçün orta və uzunmüddətli inkişafa yönəlik vizyonunu vurğulamaq kifayətdir.

Hazırki vəziyyət bizi daha bir mühüm məsələdə əmin edir – cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında, ölkəmiz davamlı inkişafın əsas sütununu təşkil edən səmərəli idarəçilik aparatına malikdir. İnkişaf ədəbiyyatında səmərəli idarəçiliyin beş əsas prinsipi vurğulanır. Bunlar cavabdehlik, şəffaflıq, iştirakçılıq, qarşılıqlı məsuliyyət və öhdəçilikdir. Son bir ay ərzində biz sadalanan beş prinsipin hər birisini ölkəmizdə xüsusilə qabarıq şəkildə gördük.

Bunun üçün sadəcə aşağıda sadalayacağım misallara diqqət yetirmək kifayətdir. Məsələn, operativ şəkildə əhalinin məlumatlılığının təmin edilməsi və dövlətin vaxt itirmədən bütün lazımi tədbirlərə start verməsi - əhali qarşısında cavabdehliyin; cənab Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin ianələrinin açıq şəkildə göstərilməsi – şəffaflığın; bu mubarizəyə əhalinin və özəl sektorun qoşulması – iştirakçılığın, müxtəlif tərəflər arasında qarşılıqlı etimadın və məsuliyyətin; iqtisadiyyata və digər sahələrə sistemli dəstək proqramlarının hazırlanması isə hökümətin davamlı inkişafa öhdəçiliyinin bariz nümunəsidir. Xüsusilə, bu vəziyyətdə ən ümidverici aspektlərdən biri, bu prosesdə müxtəlif tərəflərin həmrəylik göstərərək birlikdə çalışmasıdır, bu isə 17-ci Davamlı İnkişaf Məqsədinin əsas çağırışı olan “məqsədlər üçün tərəfdaşlıq” çağırışa ölkəmizinin hazırlılığını göstərir.

Lakin, buda son deyil. Azərbaycanın davamlı inkişafa yönəlik idarəçilik modelinin əsas prinsiplərinə daha ikisini əlavə edə bilərik. Çeviklik, xüsusilə böhran zamanında, və əhatəlik, inkişaf terminologiyasına uyğunlaşdırsaq inklüzivlik prinsipi. Buna bariz nümunə kimi Cənab Prezidentin birbaşa nəzarəti altında çox qısa zaman ərzində belə sistemli sosial-iqtisadi dəstək proqramının ərsəyə gəlməsi və onda əhalinin bütün həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını vurğulamaq olar.

Beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, hazırki dövrdən əldə olunmuş nəticələr sayəsində, ölkəmizin davamlılığa yönəlik inkişaf modeli daha da gücləndiriləcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Paylaş:
1012

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər