Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsinin sədri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsinin sədri saxlanılıb

1news Redaksiyası11:50 - 29 / 09 / 2026
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsinin sədri saxlanılıb

Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Ferhat Gündoğdu mobbinq və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Onunla yanaşı, Mərkəzi Hakim Komitəsinin 7 üzvünün də eyni ittihamlarla saxlanıldığı qeyd edilir.

Məlumata görə, saxlanılmalar İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər