Binəqədidə svetoforların vaxt planı dəyişdirildi, sıxlıq azaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə svetoforların vaxt planı dəyişdirildi, sıxlıq azaldı

11:54 - Bu gün
Binəqədidə svetoforların vaxt planı dəyişdirildi, sıxlıq azaldı

Binəqədi rayonunun Dalğa küçəsində svetoforların vaxt planında dəyişiklik edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hərəkət iştirakçılarının intensivliyi və nəqliyyat axınının mövcud vəziyyəti nəzərə alınaraq Dalğa küçəsindən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə svetoforların iş rejimində müvafiq dəyişiklik həyata keçirilib.

Məlumata görə, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sözügedən yolda təhlillər aparılıb.

Təhlillərin nəticələrinə əsasən, svetoforların vaxt planı dəyişdirilib və faza müddəti 7 saniyə artırılıb.

Nəticədə günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər azalıb. Bu isə sıxlığın təxminən 37 faiz azalması deməkdir.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında nəqliyyat axınının vəziyyəti mütəmadi olaraq təhlil edilir. Zərurət yarandıqda svetoforların iş rejimlərinin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər