OpenAI “GPT-6.1 Astra” modelinin təqdimatını təxirə salıb | 1news.az | Xəbərlər
Cəmiyyət

OpenAI “GPT-6.1 Astra” modelinin təqdimatını təxirə salıb

11:39 - Bu gün
OpenAI “GPT-6.1 Astra” modelinin təqdimatını təxirə salıb

ABŞ-nin süni intellekt şirkəti OpenAI yeni süni intellekt modeli “GPT-6.1 Astra”nın təqdimatını təxirə salıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət modelin təhlükəsizliyi ilə bağlı tədqiqatçıların narahatlıqları səbəbindən belə qərar qəbul edib.

OpenAI-dan verilən açıqlamada bildirilib ki, “GPT-6.1 Astra” tapşırıqları yerinə yetirmək baxımından “daha israrlı” davranış nümayiş etdirir. Bununla belə, bu imkanın icazəsiz davranış riski ilə balanslaşdırılmasının zəruri olduğu vurğulanıb.

“Təhlükəsizlik və uyğunluq məsələlərində son dərəcə yüksək standartlara sahibik”, – deyə şirkətdən bildirilib.

Qeyd olunub ki, yeni versiya gözlənilən təhlükəsizlik standartlarına tam cavab verməyib.

“GPT-6.1 Astra”nın internetdə müstəqil şəkildə naviqasiya etmək, proqram təminatını avtonom şəkildə işlətmək və mürəkkəb əməliyyatları həyata keçirmək imkanlarına malik sistem olacağı gözlənilirdi.

ABŞ mətbuatında yayılan xəbərlərdə texnologiya şirkətlərinə süni intellekt modellərindən sui-istifadə hallarına görə məsuliyyət daşımaq çağırışlarının edildiyi bildirilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər