Cəlilabadda turşu hazırlayan qadın özünü bıçaqla yaralayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda turşu hazırlayan qadın özünü bıçaqla yaralayıb

1news Redaksiyası11:24 - Bu gün
Cəlilabadda turşu hazırlayan qadın özünü bıçaqla yaralayıb

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onun qarın boşluğuna batıb.

O, dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

İlkin məlumata görə, 24 yaşlı şəxs yaxın qohumları ilə evdə turşu hazırlayırmış.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər