Məzahir Əfəndiyev: “Bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzahir Əfəndiyev: “Bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik”

09:37 - 16 / 09 / 2020
Məzahir Əfəndiyev: “Bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik”

“Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iqtisadiyyatın dayanıqlılığını təmin etməkdədir.

“21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirmişdir.

2019-2020 – ci illərdə bir milyard manatdan artıq məhsul istehsal edilib ki, bunların da təqribən 33 faizi ixrac olunub, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir.

Hal-hazırda həmin parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına köməklik göstərir”.

“Nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunmasını, habelə Azərbaycanda istehsal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasıdır, bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik” – deyə, deputat fikirlərinə əlavə edib:

“Cənab Prezidentin Peşə Təhsili Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanması, yeni müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaqdır.

Eyni zamanda burada yeni iş yerlərinin yaradılması gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinə daha da yaxşı, müsbət təsir göstərəcəkdir”.

Qafar Ağayev

Paylaş:
500

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər