MFL və Muganbank irimiqyaslı layihəyə start verib – 80 komanda MFL 2019/20 mövsümünün təsnifatında oynayacaq – FOTO – VİDEO
Ötən həftə ölkəmizin futbol həyatında qeyri-adi hadisə baş verdi – Bakıda miqyasına görə daha əvvəllər heç vaxt analoqu olmayan layihəyə start verildi.
Ən iri həvəskar futbol liqası MFL təsnifat mərhələsinə start verdi. Burada 80 həvəskar komanda iştirak edəcək.
MFL ilk olaraq layihəni “xalq liqası” formasında, yəni məhdudiyyətsiz olaraq istənilən hər kəsin iştirak etməsi üzərində düşünürdü. Təşkilatçılar tərəfindən ilkin şərt oyunçuların statusu idi – liqa sıralarında peşəkarları görmək istəmirdi, buna görə də sərt əsasnamə ilə onların iştirakını məhdudlaşdırdı.
Bununla yanaşı, MFL kommersiya layihəsi olduğu üçün hər kəsin “cibinə” uyğun olmadı –qeydiyyat üçün ilkin ödənişi hər kəs ödəyə bilmirdi. Aylarla davam edir turnir üçüb bu rəqəm çox da yüksək deyil.
MFL nümayəndələrinin sözlərinə görə, bu dilemmanın həlli bütün il boyu hər kəsi düşündürüb və bu, orijinal şəkildə öz həllini tapıb.
MFL-in çoxdanki tərəfdaşları – Muganbank və AFFA-nın dəstəyilə ilk dəfə olaraq irimiqyaslı təsnifat mərhələ buraxılıb. Bu mərhələnin nəticələrinə görə, 5 qalib komanda əsas mövsümdə heç bir ödəniş etmədən oynaya biləcək. Həmiin komandaların yerinə əsas mövsümdə qeydiyyat zamanı təsnifat mərhələsinin baş sponsoru ödəyəcək. MFL-in yarandığı gündən ilk tərəfdaşı olan AFFA təsnifat mərhələsinin texniki dəstəyinini göstərəcək.
“Muganbank MFL Təsnifat – 2019” turniri çox maraqlı formatda təşkil olunub. 5 pley-off-un hər birində 16 komanda iştirak edəcək (ümumilikdə – 80 komanda iştirak edəcək).
Qeyd edildiyi kimi, 5 qalib yeni baş sponsorun iştirakı ilə “LSS MFL 2019/2020” adlanacaq əsas mövsümdə özünü sınayacaq.
Qeyd edək ki, liqanın nümayəndələrinin sözlərinə görə, təsnifat mərhələsi üçün qeydiyyatdan keçən komandalar – tamamilə yenidirlər. Başqa sözlə desək, köhnə komandalar təsnifat mərhələsində oynamaq istəmədi, onlar birbaşa olaraq və “LSS MFL 2019/2020” əsas mövsüm üçün qeydiyyatdan keçməyə üstünlük verdilər. Buna görə yalnız qeydiyyat üçün ödənişi etmək lazımdır.
Bununla da, təşkilatçılar MFL-ə 75 yeni komanda cəlb edə bilib. Bu da 800 yeni həvəskar-oyunçu deməkdir. Miqyas həqiqətən də heyranedicidir.
Xatırladaq ki, əsas mövsümdə 50 komanda iştirak edəcək ki, bunlardan bəziləri artıq mövsümqabağı hazırlıqlara başlayıb.
Beləliklə, ötən həftə sonu təsnifat mərhələsinin dörd alt qrupunda 1/16 raundun matçları keçirilib. Oyunların yekunlarına görə, qalib komandalar növbəti mərhələyə qədəm qoyaraq böyük mövsümə bir addım irəliləyib. Matçların nəticələri ilə aşağıdan tanış ola bilərsiniz.
Beşinci “E”alt qrupunun oyunları istirahət günləri baş tutacaq. Birinci raunda bu cütlüklər öz aralarında oynayacaq.
“E”alt qrupunun oyunlarından sonra ¼ matçların keçirilməsi elan ediləcək.
Qeyd edək ki, MFL-in mövsümü hələ ki, yeni başlayır, əsas mübarizə irəlidədir.
Hələlik isə “Muganbank MFL Təsnifat – 2019” turnirinin iştirakçıları 5 bilet uğurunda mübarizəni davam etdirir. Təşkilatçılar əsas turnirdə iştirak üçün müraciətlərin qəbulunu davam etdirir. Qeydiyyat sentyabrın 15-nə qədər davam edəcək.
Turnirdə iştirak etməyə tələsin!
Tərcümə: S.Xankişiyeva
Yeni rekord: MFL-in 80 komandalıq təsnifat mərhələsinin püşkü atıldı – FOTO – VİDEO