Milli Məclisə yeni spiker seçildi | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisə yeni spiker seçildi

12:35 - 10 / 03 / 2020
Milli Məclisə yeni spiker seçildi

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

1news.az xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Qafar Ağayev

Paylaş:
1628

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər