Milli Məclisin deputatı Bosniya Parlamentinə məktub ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatı Bosniya Parlamentinə məktub ünvanlayıb

09:31 - 25 / 09 / 2020
Milli Məclisin deputatı Bosniya Parlamentinə məktub ünvanlayıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev tərəfindən Bosniya Parlamentinə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki son qanunsuz hərəkətlərinə, eləcə də alovlandırıcı ritorikasına diqqət yönəltmək üçün məktub ünvanlanmışdır.

İlk növbədə məktubda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəs çağırışına dəstəyini genişləndirdiyi bir vaxtda Ermənistan tərəfinin yenidən təxribata əl ataraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycan Ordusunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdiyi təcavüz aktı öz əksini tapmışdır.

Həmçinin Ermənistanın son dərəcə təxribat xarakterli bəyanatlarının davam etdiyi, Azərbaycanın ikinci ən böyük yaşayış məntəqəsi olan Gəncə şəhərinə və Mingəçevir su elektrik stansiyası kimi strateji mülki infrastruktura zərbə vurmaqla bağlı hədə xarakerli son açıqlamaları da qeyd olunmuşdur.

Eyni zamanda millət vəkili Ermənistanın Dağlıq Qarabağda son 30 ildə tətbiq etdiyi demoqrafik siyasəti qeyd edərək, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşma etməklə yaxın zamanda Livandan olan erməni qaçqınlarının  məqsədli şəkildə yerləşdirilməsini və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını da xüsusi vurğulamışdır.

Son olaraq məktubda M.Əfəndiyev həmkarlarını Ermənistanı təxribatçı və militarist siyasətindən çəkinməyə inandırmağa, işğal olunmuş ərazilərimizin fiziki, mədəni və demoqrafik xarakterini dəyişdirməyə yönəlmiş fəaliyyətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinə qeyd-şərtsiz əməl olunaraq təxribatçı Ermənistan tərəfinin  Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasına əməli töhfə verməyə səslədi.

1news.az

 

Paylaş:
420

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər