Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platforması ölkələrə hesabatların hazırlanmasında kömək edir
“Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Qlobal İqlim Şəffaflığı Platforması hesabatların hazırlanmasında çətinlik çəkən ölkələr üçün təlimlər keçirir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın apardığı iş nəticəsində, demək olar ki, bütün iştirakçı dövlətlər şəffaflıq hesabatlarını təqdim edib:
“Bu hesabatların təqdim edilməsindən iki il ötüb və növbəti sənədlərin hazırlanması vaxtı çatıb”.
Yalçın Rəfiyev həmçinin Türkiyə tərəfinin də bu istiqamətdə fəal iş apardığını qeyd edib.












