Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib

21:47 - 20 / 05 / 2020
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu keçirib.

1news.az-ın verdiyi xəbərə görə, videoqəbulda millət vəkili secicilərin orta məktəb binalarının və uşaq evi-bağçaların təmiri, sakinlərin içməli su ilə təminatı, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması, Atabəy kəndinin qazlaşdırılması, bəzi kəndlərdə aralıq su kanallarının təmiri və betonlaşdırılması, gənclərlə bağlı layihələrin reallaşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, millət vəkili S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Hazırda isə həmin məsələlər müvafiq Dövlət Proqramında öz əksini tapıb.

Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən bu kimi məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O, son illərdə ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin reallaşdırıldığını, Şəmkir rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Millət vəkili təhsil infrastrukturunun yaxşılaşdırılmasının ölkəmizdə sosial siyasətin başlıca hədəflərindən biri olması, bununla bağlı dövlət proqramlarının icra edilməsi, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti barədə də məlumat verib.

Sahibə Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib və bu tədbirlərin nəticəsidir ki, hazırda virusun yayılması ilə bağlı vəziyyət nəzarət altına alınıb. Ona görə də ölkəmizdə koronavirusla əlaqədar karantin rejimi çərçivəsində tətbiq olunan bir sıra məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Bununla belə, təhlükə hələ tam sovuşmayıb və gündəlik yoluxma halları qeydə alınmaqdadır. Bunu nəzərə alaraq S.Qafarova hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili deyib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər seçki dairələrində fəaliyyətə də müəyyən dərəcədə təsir göstərib. İndi seçicilərlə təmaslar məsafədən həyata keçirilir. Bununla bağlı müxtəlif formalar tətbiq edilir, o cümlədən onlayn rejimdə görüşlər keçirilir. Bu gün keçirilən videoqəbul da bu məqsədlə təşkil olunub. Sahibə Qafarova qarşıdakı dövrlərdə də seçicilərlə videokonfrans vasitəsilə görüşlərin davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, görüşdə Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

S.Xankişiyeva

 

Paylaş:
1139

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər