Milli Paralimpiya Komitəsi Tokio 2020 oyunları ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
İdman

Milli Paralimpiya Komitəsi Tokio 2020 oyunları ilə bağlı məlumat yaydı

17:08 - 25 / 03 / 2020
Milli Paralimpiya Komitəsi Tokio 2020 oyunları ilə bağlı məlumat yaydı

Məlum olduğu kimi Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları 2021-ci ilə keçirilmişdir.

Milli Paralimpiya Komitəsi tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançılarının hazırlıq formalarının yüksək səviyyədə saxlanması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili keçirilən tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplantılarının təşkili və Komitə ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişiklər edilmiş və bu barədə Komitə prezidenti tərəfindən müvafiq əmr imzalanmışdır.

Tədbirlər planınına əsasən:

1. 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlərin davam etdirilməsi.

2. Milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq məşqləri edvə davam etdirməlisi.

3. Paralimpiya oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi.

4. Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi imkanlarının araşdırılması.

5. Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplantılarının təşkil edilməsi. İdman növləri üzrə baş məşqçilərə, xüsusən paralimpiya oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilərə yeni təlim-məşq toplantılarının proqramının hazırlanması.

6. Mövcüd vəziyyətlə əlaqədar olaraq 12-13 may 2020-ci il tarixlərində keçirilməsi təxirə salınan “IBSA JUDO GRAND PRIX BAKU 2020” və ölkə daxili digər yarışların keçiriləcək yeni tarixlərinin müəyyən edilməsi.

7. Yaponiyanın Şika şəhərində 10 – 18 avqust 2020-ci il tarixlərində Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün təlim-məşq toplantısının yeni tarixlərinin müəyyən edilməsi.

8. Yeni tədbirlər planına uyğun olaraq maliyyə proqramı dəqiqləşdirilməsi.

9. Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq beynəlxalq idman federasiyaları ilə işlərin əlaqələndirilməsi, qurulmuş beynəlxalq əlaqələrin saxlanılması və yeni əlaqələrin qurulması.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov: “Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda bir-birlərinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi barədə verdiyi tapşırıqlara əsasən hökümət bütün lazımi tədbirləri görür.

Bizim vəzifəmiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, oyunlara hazırlıq imkanlarını artırmaq və paralimpiya oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir.”

1news.az

Paylaş:
1431

Son xəbərlər

İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25
Bütün xəbərlər